Azərbaycanda yeni nəsil silahlar istehsal olunub


Digərləri 19 Yan 2018 13:38:00 255 0

Azərbaycanda yeni nəsil silahlar istehsal olunub

2017-ci ildə Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində müdafiə təyinatlı məmulatların istehsalı ilə bağlı məqsədyönlü işlər davam etdirilib.

Son.az xəbər verir ki, Müdafiə Sənayesi Nazirliyindən Trend-ə verilən məlumata görə, müdafiə və xüsusi təyinatlı məmulatların istehsal həcmində 2016-cı illə müqayisədə 10 faiz artım əldə olunub.

Yeni nəsil silah növlərindən "Yalquzaq" snayper tüfənginin, müxtəlif mm-lik minaatanların, müxtəlif mm-lik əl qumbaraatanının, zirehli texnikalar üçün tüstü qumbaraatan qurğusunun və tüstü qumbarasının, KXP tipli optik kollimatorun, qəlpəli minalı atəş yığımının və F-1 tipli əl qumbarasının seriyalı istehsalı təşkil olunub.