Azərbaycan 10dan çox ölkəyə hərbi məhsul ixrac edir


Digərləri 19 Yan 2018 13:29:00 271 0

Azərbaycan 10dan çox ölkəyə hərbi məhsul ixrac edir

2017-ci ildə Azərbaycanın güc strukturlarının sifarişləri üzrə bağlanmış müqavilələr əsasında müxtəlif adda müdafiə təyinatlı məmulatlar istehsal edilərək sifarişçilərə təhvil verilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu müdafiə sənayesi naziri Yavər Camalov deyib.

Nazir bildirib ki, bu gün Müdafiə Sənayesi Nazirliyi respublikanın güc qrumlarının sifarişlərinin icrası ilə yanaşı, 10-dan çox ölkəyə hərbi məhsul ixrac edir. 2017-ci ildə ixrac olunan məhsulun həcmi 2016-cı illə müqayisədə 2,3 dəfə artıb.

2017-ci ildə müdafiə təyinatlı məmulatlarla yanaşı, mülki məmulatların istehsalının genişləndirilməsi üzrə də işlər davam etdirilib.