Azərbaycanlı deputatlar Bolqarıstanın Xarici İşlər Nazirliyində müzakirələr aparıblar FOTO


Siyasət 19 Yan 2018 13:03:00 234 0

Azərbaycanlı deputatlar Bolqarıstanın Xarici İşlər Nazirliyində müzakirələr aparıblar  FOTO

Milli Məclisin Azərbaycan-Bolqarıstan Dostluq Qrupunun sədri Rauf Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Bolqarıstanın paytaxtı Sofiya şəhəhərində rəsmi səfər çərçivəsində daha bir görüş keçirib.

Azərbaycan Bolqarıstanla əlaqələri genişləndirir - FOTO Son.az xəbər verir ki, tərkibinə millət vəkilləri Ağacan Abiyev və Sabir Hacıyevin də daxil olduğu Azərbaycan nümayəndə heyəti Bolqarıstan Respublikasının Xarici İşlər Nazirinin müavini cənab Yuriy Şterklə görüşüblər.

Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanovanın da iştirak etdiyi görüşdə iki ölkə arasında mövcud olan diplomatik münasibətlərin və digər sahələrdə əməkdaşlığın mövcud vəziyyəti, əlaqələrin daha da möhkəmləndirilməsi istiqamətində görülən işlər və bu sahələrdəki perespektivlər barəsində fikir mübadiləsi aparılıb. Eyni zamanda iki ölkə parlamentləri arasında əlaqələrin genişləndirilməsində, eləcə də digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsində belə səfərlərin müsbət rol oynadığı qeyd olunub.

İlkin İzzət Son.az

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində      


Xəbərə aid fotolar