Yaqub Mahmudov: "20 Yanvar cinayəti qəddarlığına görə kommunist diktaturasının əvvəlki cinayətlərindən fərqlənirdi"


Digərləri 19 Yan 2018 13:07:00 144 0

Yaqub Mahmudov: "20 Yanvar cinayəti qəddarlığına görə kommunist diktaturasının əvvəlki cinayətlərindən fərqlənirdi"

1990-cı ilin 20 yanvarında törədilən beynəlxalq cinayət öz qəddarlığına görə kommunist diktaturasının bütün əvvəlki cinayətlərindən fərqlənirdi.

Son.az Trend -ə istinadən xəbər verir ki, bunu Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin Sərəncamı ilə təsdiq olunmuş "20 Yanvar faciəsinin iyirmi səkkizinci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı"na əsasən keçirilən elmi konfransda Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov bildirib.

Onun sözlərinə görə, 20 Yanvar faciəsi tariximizin qəhrəmanlıq salnaməsinin parlaq nümunəsidir: "Kommunist diktaturası 1956-cı ildə Macarıstana, 1968-ci ildə Çexoslovakiyaya və 1979-cu ildə Əfqanıstana qarşı törətdiyi cinayətkar hərbi müdaxiləni 1990-cı ildə Azərbaycan xalqına qarşı da həyata keçirdi. Lakin bu beynəlxalq cinayət öz qəddarlığına görə, kommunist diktaturasının bütün əvvəlki cinayətlərindən fərqlənirdi. Fərq onda idi ki, Azərbaycana göndərilən peşəkar cəza dəstələrinin tərkibinə Stavropol, Krasnodar, Rostov və başqa yerlərdən səfərbərliyə alınan erməni əsgər və zabitləri, Azərbaycandakı sovet hərbi hissələrində xidmət edən ermənilər, hətta erməni kursantlar da daxil edilmişdi".

Y.Mahmudov qeyd edib ki, 20 Yanvar faciəsi Azərbaycan xalqının öz ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizəsinin qarşısını almaq məqsədi daşıyırdı: "1988-1990-cı illərdə BDU-nun Tarix fakültəsinin qabaqcıl tələbələri xalq hərəkatında gənclərin demək olar ki, başında gedirdi. BDU-nun Elmi Şurasında milli-azadlıq hərəkatının fəalları olan bir qrup tələbənin universitetdən xaric edilməsi barədə qərar çıxarılmasına kəskin etiraz etdim və onları qovmağa qoymadım. Mənə qarşı elə rejim yaratdılar ki, Tarix fakültəsinin dekanı işləyə bilmədim və istefa verdim. Məni o zaman Moskva Azərbaycandakı xalq hərəkatına qarşı mübarizəyə cəlb etmək istədi. Mən dedim ki, bu, Azərbaycanın daxili işidir. Öz ölkəmdə təqib olunduğum üçün mənə Ukraynada ev verib, işə dəvət etdilər. Mən Azərbaycanı tərk etmədim. Fəxr edirəm ki, 1990-cı ildə - hələ SSRİ dağılmamış bir dekan kimi Tarix fakültəsində gənclərin təşəbbüsü ilə S.M.Kirov adına Qırmızı Əmək Bayrağı Ordenli Azərbaycan Dövlət Universitetinin tarixi adının (Bakı Dövlət Universiteti) bərpa olunması barədə sədri olduğum Elmi Şurada məsələ qaldırdım və buna nail oldum".

AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova qeyd edib ki, 1990-cı il yanvarın 21-də Ulu öndər Heydər Əliyev Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək, xalqla birgə olduğunu bildirib və 20 Yanvar faciəsinin Mərkəzin və o zamankı respublika rəhbərlərinin günahı üzündən yol verilmiş siyasi səhv olduğunu göstərib.

"Əri tərəfindən döyülən hər qadına lazımdır"  VİDEO  FOTO like
  • 19 Yan 13:05  
Digərləri "Əri tərəfindən döyülən hər qadına lazımdır" VİDEO FOTO

İlahiyyatçı Nihat Hatipoğlu efirdə yayımlanan video ilə bağlı fikirlər

arrow Ətraflı
Temperatur 5 dərəcə enəcək, güclü külək əsəcək, qar yağacaq like
  • 19 Yan 13:04  
Digərləri Temperatur 5 dərəcə enəcək, güclü külək əsəcək, qar yağacaq

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat aç

arrow Ətraflı
Azərbaycanlı deputatlar Bolqarıstanın Xarici İşlər Nazirliyində müzakirələr aparıblar  FOTO like
  • 19 Yan 13:03  
Siyasət Azərbaycanlı deputatlar Bolqarıstanın Xarici İşlər Nazirliyində müzakirələr aparıblar FOTO

Milli Məclisin Azərbaycan-Bolqarıstan Dostluq Qrupunun sədri Rauf Əliyevin

arrow Ətraflı
Bill Geytsin qızı müsəlman Naillə nişanlandı  FOTO like
  • 19 Yan 13:02  
Digərləri Bill Geytsin qızı müsəlman Naillə nişanlandı FOTO

Dünyanın ən zəngin iş adamlarından biri, "Microsoft" korporasiya

arrow Ətraflı
"Bir qələtdi eləmişəm, utanıram" like
  • 19 Yan 13:01  
Kriminal "Bir qələtdi eləmişəm, utanıram"

18 kq kökəlmişəm. Bakı ərazisinin adamları xəmir yeməkləri çox sevirl

arrow Ətraflı
“Kişilər qısqanılmağı xoşlamırlar, mən də qısqanmıram" like
  • 19 Yan 13:00  
Digərləri “Kişilər qısqanılmağı xoşlamırlar, mən də qısqanmıram"

Aktrisa Gupse Özay Hülya Avşarın verilişinin qonağı olub

arrow Ətraflı
"İndi otellərə aparırlar e... sizi" like
  • 19 Yan 12:59  
Digərləri "İndi otellərə aparırlar e... sizi"

Ötən gün "Bizimləsən" verilişində qonaq olan xanım müğənni

arrow Ətraflı
Siqaretə görə cərimələmək səlahiyyəti iki nazirliyə verildi like
  • 19 Yan 12:58  
Digərləri Siqaretə görə cərimələmək səlahiyyəti iki nazirliyə verildi

Son günlər mətbuatda siqaret çəkilməsi ilə bağlı cərimələrin tətbiq

arrow Ətraflı
12 illik evlilikdən sonra yeni sevgilisi ilə  FOTO like
  • 19 Yan 12:57  
Digərləri 12 illik evlilikdən sonra yeni sevgilisi ilə FOTO

Tanınmış model Tülin Şahinlə 12 illik evliliyinə son qoyan kulinar Memet

arrow Ətraflı
Ebru efirə qəribə paltarda çıxdı, like
  • 19 Yan 12:56  
Digərləri Ebru efirə qəribə paltarda çıxdı,

Ebru Yaşar Seda Sayanın aparıcılıq etdiyi verilişə qəribə paltarda qat

arrow Ətraflı
"Ora yalnız gündə bir sponsor tapan qızlar gələ bilər" like
  • 19 Yan 12:55  
Digərləri "Ora yalnız gündə bir sponsor tapan qızlar gələ bilər"

Dünən "Bizimləsən" verilişində qonaq olan Zeynəb Dostəliyeva b

arrow Ətraflı
Məşhur müğəninin oğlu dostunun sevgilisiylə görüşür  FOTO like
  • 19 Yan 12:54  
Digərləri Məşhur müğəninin oğlu dostunun sevgilisiylə görüşür FOTO

Məşhur sənətkarın oğlu haqqında inanılmaz fakt

arrow Ətraflı
Ögey qızı məşhur rejissoru təcavüzdə ittiham etdi  FOTO like
  • 19 Yan 12:53  
Digərləri Ögey qızı məşhur rejissoru təcavüzdə ittiham etdi FOTO

Vudi Alleni təcavüzlə günahlandıran ögey qızı canlı yayıma çıxıb ha

arrow Ətraflı