Siqaretə görə cərimələmək səlahiyyəti iki nazirliyə verildi


Digərləri 19 Yan 2018 12:58:00 283 0

Siqaretə görə cərimələmək səlahiyyəti iki nazirliyə verildi

Son günlər mətbuatda siqaret çəkilməsi ilə bağlı cərimələrin tətbiq edilmədiyi və hələ də qadağan olunmuş yerlərdə bu halların davam etdiyinə dair müzakirələr sürür.

Qapalı yerlərdə siqaret çəkilməsi ilə bağlı hüquqi məsuliyyət (inzibati cərimələr) necədir?

Qanunda nəzərdə tutulan həmin inzibati xətaları (cərimələri) kim tətbiq edir və ya bu işlərə hansı orqanlar baxmalıdır?

Son.az xəbər verir ki, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Vüsal Hüseynov məsələ ilə bağlı modern.az-a bildirib ki, İnzibati Xətalar Məccələsində bəzi yerlərdə siqaret çəkməyə görə cərimə nəzərdə tutan xüsusi normalar var.

"Məsələn, İnzibati Xətalar Məccələsinin 299-cu maddəsində (hava nəqliyyatında) siqaret çəkməyə görə, 100 manat və 305-ci maddədə isə (dəmir yolu nəqliyyatında) 40 manat cərimə nəzərdə tutulur. İnzibati Xətalar Məccələsinin 212.2. maddəsi ilə, yəni, müəssisələrdə, idarələrdə, təşkilatlarda siqaret çəkmək üçün xüsusi yerlərin ayrılmasının və görünən yerlərdə "Siqaret çəkmək qadağandır" xəbərdarlıq yazısının və ya işarəsinin olmasının təmin edilməməsinə görə vəzifəli və hüquqi şəxslər də cərimə edilə bilər".

Deputat bildirib ki, siqaret çəkməyə görə cərimənin tətbiq edilməsi səlahiyyəti Fövqəladə Hallar Nazirliyinə (FHN) və Daxili İşlər Nazirliyinə (DİN) verilib.