Bakıda 5 min dollar oğurlayan qadın tutuldu


Kriminal 19 Yan 2018 12:40:00 229 0

Bakıda 5 min dollar oğurlayan qadın tutuldu

Yanvarın 17-də Bakı şəhər sakini olan qadın Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinə müraciət edərək evindən pulunun oğurlandığını bildirib.

DİN-dən Son.az-a verilən məlumata görə, yaradılan əməliyyat qrupu tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla mənzildən 5000 ABŞ dollarının ötən ilin noyabr ayının 28-dən dekabr ayının 20-dək olan müddətdə oğurlanması məlum olub.

Faktla bağlı cinayət işi başlanılıb.