Gəncədə "zek" Sərxanın evindən cəbbəxana çıxdı


Kriminal 19 Yan 2018 12:20:00 332 0

Gəncədə "zek" Sərxanın evindən cəbbəxana çıxdı

Gəncə Şəhər Baş Polis İdarəsi əməkdaşlarının əldə edilən məlumat əsasında həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Sərxan Mustafayevin yaşadığı evə baxış keçirilib. 

DİN-dən Son.az-a verilən məlumata görə, baxış zamanı oradan 1 ədəd pnevmatik tapança, 1 ədəd lüləsi kəsilmiş "İJ-27" markalı tüfəng, 1 ədəd "Tir" tüfəngi və 5 ədəd patron, həmçinin külli miqdarda  - çəkisi 945 qram olan tiryək də aşkar edilərək götürülüb.  

Saxlanılan şəxs maddi sübutlarla birgə istintaqa təhvil verilib.