9 illik təhsil üzrə buraxılış imtahanı 2 mərhələdə keçiriləcək


Digərləri 19 Yan 2018 12:28:00 306 0

9 illik təhsil üzrə buraxılış imtahanı 2 mərhələdə keçiriləcək

9 illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının iki mərhələdə keçirilməsi nəzərdə tutulur.

Bakı. 9 illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının iki mərhələdə keçirilməsi nəzərdə tutulur. Dövlət İmtahan Mərkəzindən Trend-ə verilən məlumata görə, bu barədə “Abituriyent” jurnalının xüsusi buraxılışında qeyd olunub. Buraxılışda ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması qaydaları ilə tanış olmaq olar.