Dadaşov 4 klubun hədəfində


İdman 19 Yan 2018 12:14:00 294 0

Dadaşov 4 klubun hədəfində

Azərbaycan millisinin sabiq futbolçusu, Almaniya Regional Liqa təmsilçisi “Dinamo”nun formasını geyinən Rüfət Dadaşov klubunu dəyişə bilər.

26 yaşlı forvard 3-cü Bundesliqada çıxış edən 4 klubun transfer hədəfindədir.  “Şportfroynde”, “Karl Zeyss”, “Erfurt” və “Çvikkau” klubları Dadaşovu rənglərinə bağlamaq niyyətindədir. 

“Karl Zeyss” bu keçiddə daha israrlıdır. Artıq bunun üçün rəsmi təklif də ünvanlanıb. "Dinamo" rəhbərliyi isə Rüfəti müəyyən məbləğ qarşılığında satmaq istəyir.

Bu mövsüm 18 oyunda 19 qol vuran futbolçunun transferi ilə bağlı danışıqlar start götürüb.