Fədayə Laçınla bağlı


Kriminal 19 Yan 2018 12:05:00 244 0

Fədayə Laçınla bağlı

Bakı Apellyasiya Məhkəməsində məhbusların qaçmasına kömək etməkdə təqsirləndirilərək həbs olunan müğənni Fədayə Laçının apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Son.az xəbər verir ki, bu barədə Trend-ə F.Laçının vəkili Türkel Süleymanlı məlumat verib. Vəkil bildirib ki, F. Laçın prosesdə iştirak edib: "Fədayə prosesdə çıxış etdi və xahiş elədi ki, qərar ləğv edilsin və istintaq dövründə azadlıqda qalsın. Bildirki ki, onun istintaqdan yayınmaq fikri olmayıb və həbs ediləndə də istintaqa özü gəlib. Lakin məhkəmə şikayətimizi təmin etmədi.

Xatırladaq ki, Nəsimi Rayon Məhkəməsi F.Laçının barəsində həbs qətimkan tədbirinin müddətini 3 ay uzadıb. F. Laçının vəkili isə qərardan şikayət vermişdi