Nəzrin: "Sovet dövründə böyümüşəm, belimdə xətkeş qırılırdı" FOTO


Şou-biznes 19 Yan 2018 11:55:00 294 0

Nəzrin: "Sovet dövründə böyümüşəm, belimdə xətkeş qırılırdı"  FOTO

Türkiyədə yaşayan azərbaycanlı aktrisa Nəzrin Cavadzadə "Women's Fitness" jurnalının yeni sayı üçün obyektiv qarşısına keçib. 

Son.az axşam.az-a istinadən xəbər verir ki, Nəzrin özüylə bağlı sualları cavablandırıb:

- Fanatlarınıza görə, cəsarətli, seksual və özünüzdən razısınız. Bu, belədir?  - Bu imici çox sevirəm. Çünki bu, üzərimə geyindiyim "pencəkdir". Amma əsl Nəzrin də bu deyil. Çünki bu imicdən, sadəcə, xoşum gəlir. Bu imic sayəsində həm özümə güc verirəm, qorxularımın üzərinə gedirəm, həm də qadınlara təsir etdiyimi düşünürəm.

- Seksual görünməkdən narahat olduğunuz zamanlar olub?  - Heç vaxt. Qadın kimi o qədər sıxışdırılmışıq, hara baxırsan, senzuradır. Feminist olmaq çox gözəl bir şeydir. Qadınlar qadınlıqlarına sahib çıxmalıdırlar, bundan qorxmamalıdırlar. 


Xəbərə aid fotolar