Bakıda banka basqın


Kriminal 19 Yan 2018 11:56:08 333 0

Bakıda banka basqın

Banklardan birinin filialına basqın edən şəxs mühafizə polisinin əməkdaşları tərəfindən hadisə yerində zərərsizləşdirilib.

Daxili İşlər Nazirliyindən Son.az-a verilən məlumata görə, yanvarın 18-də vətəndaşların həyatı üçün təhlükə törədən silahlı şəxs paytaxtın Yasamal rayonu ərazisindəki banklardan birinə quldurluq yolu ilə basqın edib.

Bakıda banka basqın oldu Yasamal Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən qorunan banklardan birinin Yasamal filialından Mərkəzi Mühafizə Məntəqəsinə "həyəcan" siqnalı daxil olub. İdarənin əməkdaşları dərhal operativ reaksiya göstərərək hadisə yerinə çıxıb və quldurluq yolu ilə banka basqın edərək xəzinədarı bıçaqla hədələyib pul tələb edən şəxs tərksilah edilərək tutulub.

Saxlanılan şəxsdən hadisə vaxtı istifadə etdiyi bıçaq da götürülüb və o, ərazi üzrə Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə təhvil verilib. Bölmədə araşdırma aparılan zaman həmin şəxsin paytaxt sakini Nazim Məmmədov olduğu müəyyən edilib.

Saxlanılan şəxsin ətrafında araşdırmalar və zəruri istintaq tədbirləri davam etdirilir.                                                                                                                                                                                           


Xəbərə aid fotolar