Marşrutlarla bağlı bu xəbər kimlərçünsə bəddir,


Digərləri 19 Yan 2018 11:48:18 235 0

Marşrutlarla bağlı bu xəbər kimlərçünsə bəddir,

Fatmayı bağları (Çimərlik) - metronun "Azadlıq prospekti" stansiyası istiqamətində təşkil edilən 134 nömrəli müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilib. Bakı Nəqliyyat Agentliyindən (BNA) Son.az-a verilən məlumata görə, dəyişikliyə əsasən, bu marşrut xətti üzrə avtobuslar Fatmayı bağları (Çimərlik) - "Sədərək" ticarət mərkəzi (son dayanacaq) istiqamətində hərəkət edəcək. Dəyişikliklə əlaqədar olaraq daşıyıcıya sərnişin tələbatına uyğun olaraq marşrut üzrə avtobusların sayının artırılması ilə bağlı göstəriş verilib.

Agentlik bəyan edir ki, dəyişiklik edilməsinə səbəb 134 nömrəli marşrutun hərəkət sxemi Goradil (Fatmayı) bağları - "Azadlıq prospekti" metrostansiyası istiqamətində təşkil edilmiş 108 nömrəli müntəzəm marşrutun hərəkət sxemi ilə (metronun "Azadlıq prospekti" stansiyasından Goradil qəsəbəsinə "Dəniz" marketə qədər) 76% (29,68 km) üst-üstə düşməsidir. Qeyd edilir ki, məhz eyni səbəbdən 155 nömrəli marşrut xətti tamamilə ləğv edilib. Sərnişin axını nəzərə alınaraq, ləğv edilən 155 nömrəli marşrut xətti üzrə mövcud olan nəqliyyat vasitələri 108 nömrəli marşrut xəttinə əlavə olunmaqla xətt üzrə avtobus sayı artırılacaq.


Xəbərə aid foto