Türkiyədə üç avtobus qəzaya uğrayıb, 6 nəfər ölüb, 74 nəfər yaralanıb - YENİLƏNİB


Dünya 19 Yan 2018 11:36:00 238 0

Türkiyədə üç avtobus qəzaya uğrayıb, 6 nəfər ölüb, 74 nəfər yaralanıb - YENİLƏNİB

Qəza nəticəsində yaralılar xəstəxanaya yerləşdirliblər

Türkiyədə daha bir avtobus qəzası baş verib. 

“Report” “Hürriyet”ə istinadən bildirir ki, Konya-Afyonkarahisar avtomobil yolunda avtobusun aşması nəticəsində isə 38 nəfər yaralanıb. 

Yaralılardan 7-sinin vəziyyəti ağırdır. 

İlkin məlumata görə, hadisə güclü qar yağması və şaxta nəticəsində yolların buz bağlaması səbəbindən baş verib.

*** 10:36

Türkiyədə avtobusun qəzaya uğraması nəticəsində 6 nəfər ölüb, 20 nəfər yaralanıb.

“Report” “Haberturk”ə istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında ölkənin Muş ilə Bingöl əyalətinin Solhan kəndi ərazisində baş verib.

Avtobus Hatay şəhərindən Muşa doğru gedirmiş. 

Qəza nəticəsində yaralananlar xəstəxanaya yerləşdirliblər. Hadisənin səbəbi araşdırılır.

***

Türkiyənin Sivas əyalətinin Koyulhisar rayonunda dəfn mərasiminə gedən avtobusun aşması nəticəsində isə 16 nəfər yaralanıb.