Bakı Ali Neft Məktəbində 20 Yanvar şəhidlərinin xatirəsi anılıb


Digərləri 19 Yan 2018 11:20:00 252 0

Bakı Ali Neft Məktəbində 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

Bakı Ali Neft Məktəbində (BANM) 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Bakı. Bakı Ali Neft Məktəbində (BANM) 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Bu barədə Trend-ə BANM-in İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri açan BANM-ın Tədris, elm və beynəlxalq əlaqələr üzrə prorektoru Ramiz Hümbətov 20 Yanvar faciəsi ilə bağlı respublikada və dünyanın müxtəlif ölkələrində silsilə tədbirlərin keçirildiyini qeyd edib. 20 Yanvar hadisələri haqqında danışan prorektor vətənimizin müstəqilliyi, suverenliyi, azadlığı uğrunda canını qurban vermiş şəhidlərimizin adının əbədi olaraq Azərbaycan tarixinə və xalqımızın yaddaşına həkk olunduğunu bildirib. Ramiz Hümbətov 20 Yanvar faciəsinə ilk olaraq Ümummilli lider Heydər Əliyev tərəfindən hüquqi-siyasi qiymətin verildiyini vurğulayaraq qeyd edib ki, faciə baş verən günün səhəri öz yaxınları ilə birgə Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələn ümummilli lider Heydər Əliyev öz çıxışında törədilən qırğını kəskin pisləyib və buna imza atanlara qəti narazılığını bildirərək Moskva rəhbərliyini sərt tənqid edib.