Aydın Əliyev DGK-nin Vergilər Nazirliyi ilə mümkün birləşdirilməsi məsələsinə münasibət bildirib


İqtisadiyyat 19 Yan 2018 11:14:32 296 0

Aydın Əliyev DGK-nin Vergilər Nazirliyi ilə mümkün birləşdirilməsi məsələsinə münasibət bildirib

DGK sədri: "Bu məsələ hökumətdə təhlil edilməlidir"

Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev rəhbərlik etdiyi qurumun Vergilər Nazirliyi ilə birləşdiriləcəyi ilə bağlı son vaxtlar yayılan şaiyələrə münasibət bildirib. 

"Report"un məlumatına görə, Komitə sədri qeyd edib ki, bu məsələ hökumətdə təhlil edilməli və ondan sonra qərar verilməlidir. 

"Bir çox ölkələrdə gömrük orqanları müstəqil, bəzi ölkələrdə isə hansısa qurumun tərkibindədir. Gömrükçülər bu ölkənin əsgərləridir - nə qərar verilsə, onu icra edəcəyik", - deyə DGK sədri bildirib.