Bu gün ilk dərslər 20 Yanvar faciəsinə həsr edilib (FOTO)


Digərləri 19 Yan 2018 11:09:00 211 0

Bu gün ilk dərslər 20 Yanvar faciəsinə həsr edilib (FOTO)

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində yanvarın 19-da ilk dərslər 20 Yanvar–Ümumxalq Hüzn Gününə həsr edilib.

Bakı. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində yanvarın 19-da ilk dərslər 20 Yanvar–Ümumxalq Hüzn Gününə həsr edilib. Bu barədə Trend-ə İdarədən məlumat verilib. Təhsil Nazirliyinin əmri ilə təsdiqlənmiş “20 Yanvar faciəsinin iyirmi səkkizinci ildönümünün keçirilməsi barədə Tədbirlər Planı”na və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müvafiq əmrinə əsasən, tədris olunacaq dərslər şagirdlərdə Vətənə məhəbbət hissinin daha da möhkəmləndirilməsi, onların Vətənə layiqli övlad kimi yetişdirilməsi və əsil vətəndaş mövqeyinin məktəblilərə çatdırılması məqsədlərinə xidmət edir. Dərslərdə ilk olaraq xalqımızın azadlığı uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.