Paytaxtda bank filialına basqın edən şəxs tərksilah edilərək tutulub


Digərləri 19 Yan 2018 11:16:00 218 0

Paytaxtda bank filialına basqın edən şəxs tərksilah edilərək tutulub

Banklardan birinin filialına basqın edən şəxs mühafizə polisinin əməkdaşları tərəfindən hadisə yerində zərərsizləşdirilib.

Bakı. Yanvarın 18-də paytaxtın Yasamal rayonu ərazisindəki banklardan birinə quldurluq yolu ilə basqın edərək, vətəndaşların həyatı üçün təhlükə törədən silahlı şəxs cinayət başında yaxalanıb. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Yasamal Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən qorunan banklardan birinin Yasamal filialından Mərkəzi Mühafizə Məntəqəsinə “həyəcan” siqnalı daxil olub. İdarənin əməkdaşları dərhal operativ reaksiya göstərərək hadisə yerinə çıxıb və quldurluq yolu ilə banka basqın edərək xəzinədarı bıçaqla hədələyib pul tələb edən şəxs tərksilah edilərək tutulub.