Bakıda ilk dəfə “Üç pişik


Digərləri 19 Yan 2018 10:42:00 337 0

Bakıda ilk dəfə “Üç pişik

Mayın 19-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində "Üç pişik - Mürəbbə günü!" ("Три кота - День варенья!")  adlı yeni uşaq tamaşası nümayiş etdiriləcək.

Son.az-ın məlumatına görə, tamaşanın süjet xətti pişik ailəsinin həyatında ən vacib hadisələrdən biri olan Ana pişiyin ad gününün ətrafında qurulur. Pişik balaları bu bayrama ciddi hazırlaşmaq qərarına gəlirlər...

Ailədə səhər həmişəkindən fərqli başlayır. Belə ki, Ana gəzintiyə yollanır, pişik balaları isə ataları ilə birlikdə evdə qalırlar, axı Ananın ad gününə əsl bayram hazırlamaq lazımdır! İstənilən yaxşı bayram üçün isə çıxış etmək, hədiyyələr və çoxlu müsbət ovqat lazımdır. Buna görə də Karamelka, Korjik və Kompot lap səhərdən Mürəbbə gününə hazırlaşmağa başlayırlar.

Pişik balaları tamaşada balaca tamaşaçılarla birlikdə şən rəqs öyrənəcəklər, mahnı oxuyacaqlar, bayram rəsmləri çəkməyi və öz valideynləri üçün ən unudulmaz və şən bayramın necə keçirməyin yollarını öyrənəcəklər!

Şouda Sizi gözləyir:

Sevimli qəhrəmanlarla görüş! Üç pişik balası bir səhnədə: Korjik, Karamelka, Kompot və əlbəttə ki, Ana pişik və Ata pişik! Hələ belə şey olmamışdı! Qızğın rəqslər, şux mahnılar və çoxlu zarafatlar! Uşaqlarla əyləncəli interaktiv oyunlar. Tamaşadakı əhvalat təkcə səhnədə deyil, həm də tamaşa zalında baş verəcək! Sizin uşağınız tamaşanın bilavasitə iştirakçısına çevriləcək!

Sirr deyil ki, uşaqlar özlərini aid etdikləri sevimli personajlarladan gələn məlumatı mahiyyətcə daha yaxşı mənimsəyirlər. Məhz buna görə də tamaşaya böyük maarifləndirici mövzu daxil edilib!


Xəbərə aid fotolar