BMT: Ötən il tarixin ən isti ikinci ili olub


Sosial 19 Yan 2018 10:21:12 219 0

BMT: Ötən il tarixin ən isti ikinci ili olub

2017-ci ildə havanın tempraturu ümumi göstəricidən 0,9 dərəcə artıq olub

2017-ci il tarixin ən isti ikinci ili olub.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə BMT-nin nəzdində fəaliyyət göstərən Ümumdünya Meteorologiya Təşkilatı məlumat yayıb.

Təşkilatın hesabatında bildirilib ki, ötən il havanın tempraturu ümumi göstəricidən 0,9 dərəcə artıq olub.

Xatırladaq ki, 2016-cı il dünya tarixində ən isti il olub.