Ucqar dağ kəndlərində yol çəkilişi FOTO


Digərləri 19 Yan 2018 10:24:00 263 0

Ucqar dağ kəndlərində yol çəkilişi  FOTO

Balakən rayonunda 2017-ci ildə 44 min nəfər əhalinin yaşadığı 15 yaşayış məntəqəsini əhatə edən 24,5 km uzunluğunda Balakən-Sarıbulaq-Qabaqçöl-Xalata avtomobil yolu yenidən qurulub. Cari ildə isə ümumi uzunluqları 54 km olan daha 2 kəndlərarası avtomobil yolunun yenidən qurulması nəzərdə tutulub. Artıq həmin yollardan birində təmir-tikinti işlərinə start verilib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Son.az-a verilən məlumata görə,  söhbət Balakən-Qazbinə-İtitala avtomobil yolundan gedir. Uzunluğu 29 km olan avtomobil yolunun əsaslı şəkildə yenidən qurulması 10 yaşayış məntəqəsinin 18 min əhalisinin ürəyincə olub. Çünki sözügedən avtomobil yolu istismar müddəti bitdiyi üçün xüsusən payız-qış mövsümündə vətəndaşların bu yolla hərəkətində müəyyən çətinliklər yaranırdı.

Balakən-Qazbinə-İtitala avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə uyğun olaraq bərpa olunur. Yolun hərəkət hissəsinin eni 6 m, çiyinlərin eni 2 m olmaqla ümumi eni 10 m təşkil edəcək.

Hazırda yol boyu deformasiyaya uğramış hissələr bərpa olunur, zəruri olan yerlərdə yeni yol yatağı, həmçinin, optimal-qırmadaş və qum-çınqıl qarışığından ibarət yeni yol əsasının inşası işləri aparılır. Yol əsasının hazır olan hissələri isə asfaltlanır. Artıq yolun 3 km-ə yaxın hissəsinə 2 qat olmaqla yeni asfalt-beton örtüyü salınııb. Ümumilikdə yolun 170 min kv.m-dən çox sahəsinə yeni asfalt-beton örtük döşənəcək.


Xəbərə aid fotolar