Şagird məktəbə balta ilə hücum çəkdi,


Digərləri 19 Yan 2018 09:38:00 259 0

Şagird məktəbə balta ilə hücum çəkdi,

Rusiyanın Buryatiya Respublikasının paytaxtı Ulan-Udedəki Sosnovıy Bor mikrorayonunda bu gün səhər saatlarında 9-cu sinif şagirdi 5 saylı məktəbdə 7-ci sinif şagirdlərinə balta ilə hücum çəkib, sonra da məktəbə od vurub.

Son.az TASS-a istinadən bildirir ki, 3 şagird və müəllim yaralanıb. Hücum etmiş 9-cu sinif şagirdi də xəstəxanaya aparılıb.

Prokurorluqdan verilən məlumata görə, məktəbə hücumu iki şagird hazırlayıb. Hazırda 17 yaşlı ikinci şagird axtarışdadır.

Az əvvəl bəlli olub ki, 9-cu sinif şagirdi olan oğlan qadın müəllimin başını balta ilə vurub yarıb. Daha sonra o, 3 şagirdi balta ilə vurub, yeniyetmələrdən birinin barmağını kəsib.

Buryatiyanın səhiyyə naziri Dambinima Sambuyevin dediyinə görə, yaralılardan ikisinin vəziyyəti ağırdır.

Hücuma səbəb 9-cu sinif şagirdi olan yeniyetmə oğlanın məktəbdə dava etməsidir.

Hücumdan sonra o, içində yandırıcı məhlul olan butulka ilə məktəbə od vurub, sonucda da balta ilə özünü öldürmək istəyib.