Daha bir yol yenidən qurulur (FOTO/VİDEO)


Digərləri 19 Yan 2018 09:33:37 186 0

Daha bir yol yenidən qurulur (FOTO/VİDEO)

Balakən-Qazbinə-İtitala avtomobil yolu yenidən qurulur.

Bakı. Balakən-Qazbinə-İtitala avtomobil yolu yenidən qurulur. Avtomobil Yolları Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, uzunluğu 29 km olan avtomobil yolunun əsaslı şəkildə yenidən qurulması 10 yaşayış məntəqəsinin 18 min əhalisinin gediş-gəlişini asanlaşdıracaq. Yolun istismar müddəti bitdiyi üçün xüsusən payız-qış mövsümündə vətəndaşların bu yolla hərəkətində müəyyən çətinliklər yaranırdı. Balakən-Qazbinə-İtitala avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə uyğun olaraq bərpa olunur. Yolun hərəkət hissəsinin eni 6 m, çiyinlərin eni 2 m olmaqla ümumi eni 10 m təşkil edəcək. Hazırda yol boyu deformasiyaya uğramış hissələr bərpa olunur, zəruri olan yerlərdə yeni yol yatağı, həmçinin optimal-qırmadaş və qum-çınqıl qarışığından ibarət yeni yol əsasının inşası işləri aparılır. Yol əssı hazır olan hissələr isə asfaltlanır. Artıq yolun 3 km-ə yaxın hissəsinə 2 qat olmaqla yeni asfalt-beton örtüyü salınması yekunlaşıb. Ümumilikdə isə yolun 170 min m2-dən çox sahəsinə yeni asfalt-beton örtük döşənəcək.