Ötən gün cinayət törətməkdə şübhəli bilinən 21 nəfər saxlanılıb


Sosial 19 Yan 2018 09:24:02 214 0

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 21 nəfər saxlanılıb

Avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb

Azərbaycanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 103 cinayət faktı qeydə alınıb, onların da 20-si “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, axtarışda olduğuna görə 33 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 21 nəfər saxlanılıb.