Tovuzda ticarət mərkəzində yanğın - Sahibkar dükanda yandı


Digərləri 19 Yan 2018 09:07:00 168 0

Tovuzda ticarət mərkəzində yanğın - Sahibkar dükanda yandı

Tovuzda ticarət mərkəzində yanğın hadisəsi baş verib.

Bakı. Samir Əli - Tovuzda ticarət mərkəzində yanğın hadisəsi baş verib. Trend-in məlumatına görə, hadisə rayon ərazisindəki Nəsimi Ticarət Mərkəzində baş verib. Gecə saat 23:00 radələrində Ticarət Mərkəzinin içərisində yerləşən gül dükanında qəfil yanğın başlayıb. Yanğının qarşısı alınsada da, dükanın sahibi, 1956-cı il təvəllüdlü Əmiraslanova Nərgiz Hüseynqulu qızı ağır yanıq xəsarətləri alıb.