Rusiyada azərbaycanlı külli miqdarda heroin satarkən tutulub


Kriminal 19 Yan 2018 08:29:00 221 0

Rusiyada azərbaycanlı külli miqdarda heroin satarkən tutulub

Onu 20 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir

Rusiyanın Krasnoyarsk diyarında 50 yaşlı azərbaycanlı külli miqdarda heroin satarkən iş başında tutulub.

Son.az report.az-a istinadən bildirir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin region üzrə İdarəsinin mətbuat xidməti məlumat yayıb.

İlkin olaraq müəyyən edilib ki, kişi narkotik maddəni Novosibirsk vilayətində əldə edib, daha sonra isə yaşadığı Krasnoyarsk diyarında satmaq niyyətində olub. Narkodiler bir kiloqram çəkisi olan heroini təqribən 17,618 dollara sata bilib, amma nəzərdə tutulan sövdələşmə baş tutmayıb.