Azərbaycan Gömrük İttifaqı ölkələrinə at əti ixrac edəcək


Digərləri 19 Yan 2018 08:21:00 245 0

Azərbaycan Gömrük İttifaqı ölkələrinə at əti ixrac edəcək

Rusiyanın Federal Baytarlıq və Fitosanitar Nəzarət Agentliyi Azərbaycanın iki şirkətinə Gömrük İttifaqı ölkələrinə müxtəlif məhsulları ixrac etmək icazəsi verib.

Son.az Trend-ə istinadən bildirir ki, müvafiq lisenziyaları "Aqro-İnvest və İstehsalat" və "AZMEAT777" şirkətləri əldə edib.

Qeyd olunur ki, "Aqro-İnvest və İstehsalat" bu ölkələrə balıq və balıq məhsulları, nərə kürüsü, eləcə də yarımfabrikatlar və konservlər tədarük edəcək.