Qadın həyat yoldaşı tərəfindən vəhşicəsinə döyülərək bıçaqlanıb


Kriminal 19 Yan 2018 08:06:00 204 0

Qadın həyat yoldaşı tərəfindən vəhşicəsinə döyülərək bıçaqlanıb

Kişi saxsı qabla qadının başını yarıb

Sumqayıt şəhərində ailə münaqişəsi zəminində kişi öz həyat yoldaşını döyərək bıçaqlayıb.

Son.az report.az-a istinadən bildirir ki, hadisə şəhərin 18-ci məhəlləsində yerləşən 2 saylı yataqxanada baş verib.

Sumqayıt şəhər sakini, 1982-ci il təvəllüdlü Vəliyeva Ulduz Nazim qızı yaşadığı ünvanda vəhşicəsinə döyülərək bıçaqlanıb. Zərərçəkmişin dediyinə görə, hadisəni onun həyat yoldaşı törədib. Kişi əvvəlcə saxsı qabla qadının başını yarıb, ardınca onu sağ qolundan bıçaqlayıb.