Azərbaycan Gömrük İttifaqı ölkələrinə at əti ixrac edəcək


Digərləri 19 Yan 2018 08:00:00 215 0

Azərbaycan Gömrük İttifaqı ölkələrinə at əti ixrac edəcək

Rusiyanın Federal Baytarlıq və Fitosanitar Nəzarət Agentliyi Azərbaycanın iki şirkətinə Gömrük İttifaqı ölkələrinə müxtəlif məhsulları ixrac etmək icazəsi verib

Bakı. Azad Həsənli - Rusiyanın Federal Baytarlıq və Fitosanitar Nəzarət Agentliyi Azərbaycanın iki şirkətinə Gömrük İttifaqı ölkələrinə müxtəlif məhsulları ixrac etmək icazəsi verib. Trend-in məlumatına görə, müvafiq lisenziyaları “Aqro-İnvest və İstehsalat” və “AZMEAT777” şirkətləri əldə edib. Qeyd olunur ki, “Aqro-İnvest və İstehsalat” bu ölkələrə balıq və balıq məhsulları, nərə kürüsü, eləcə də yarımfabrikatlar və konservlər tədarük edəcək.