Məşhur müğənni təyyarədə BİABIRÇILIQ ETDİ


Digərləri 19 Yan 2018 07:28:00 246 0

Məşhur müğənni təyyarədə BİABIRÇILIQ ETDİ

Türkiyəli müğənni Bülent Ersoy təyyarədə qalmaqal yaradıb.

Son.az xəbər verir ki, biznes klassda gedən məşhur sənətçi yanında heç kimin oturmasını istəməyib. Tək oturmaq istəyən müğənni səsini yüksəldib. "Yanımda kiminsə oturmağını istəmirəm" deyən ulduz aləmi bir-birinə qatıb. Türk Hava Yollarının işçiləri "Onda yanınızdakı yerin biletini də alardınız" desə də, Bülent Ersoyu heç cür sakitləşdirmək mümkün olmayıb. Təxminən yarım saat davam edən bu qalmaqaldan sonra sərnişin ulduzun çirkab mövqeyinə boyun əyərək başqa oturacaqda əyləşməli olub.

Məlum olub ki, təyyarədə olan Çağla Şikellə Özge Ulusoy hadisənin şahidi olub. Onlar olayları sadəcə izləməklə kifayətlənib.