Rusiyada cinayət törətməkdə şübhəli bilinən gənc azərbaycanlı axtarışa verilib - FOTO


Sosial 19 Yan 2018 05:45:39 206 0

Rusiyada cinayət törətməkdə şübhəli bilinən gənc azərbaycanlı axtarışa verilib - FOTO

Əmirli Elməddin Rövşən oğlu oğurluq etməkdə şübhəli bilinir

Rusiyanın Ulyanovsk vilayətində 22 yaşlı Azərbaycan vətəndaşı polis tərəfindən axtarışa verilib.

“Report” xəbər verir ki, Əmirli Elməddin Rövşən oğlu oğurluq etməkdə şübhəli bilinir.

Rusiya Daxili İşlər Nazirliyinin Ulyanovsk vilayəti üzrə İdarəsinin böyük referenti Sergey Sergeyekonun bildirdiyinə görə, cinayət işinin araşdırması ilə Rusiya İstintaq Komitəsinin region üzrə İstintaq İdarəsi məşğul olur.