Bu meyvə və tərəvəzlər prostat xəstəliklərinin qarşısını almağa kömək edə bilər


Digərləri 19 Yan 2018 05:30:00 287 0

Bu meyvə və tərəvəzlər prostat xəstəliklərinin qarşısını almağa kömək edə bilər

Prostat sonradan yaranmış bir orqan deyil. Kişi cinsində doğulan hər bir kəsdə bu doğulduğu ilk gündən var. Sadəcə olaraq 30-40 yaşdan sonra bu vəzidə müəyyən xəstəliklər başlaya bilər. Prostat vəzinin üç tip xəstəliyi var: iltihabi xəstəliklər, prostat vəzinin xoşxassəli və bədxassəli böyüməsi. İltihabi xəstəliklər gənc, təxminən 30-40 yaşlarda meydana çıxan və bu yaşda olan kişilər arasında "populyar" xəstəlikdir. Demək olar ki, həyatında prostat vəzinin iltihabını yaşamamış kişiyə nadir rast gəlinir. Bu təbii ki, orqanın yerləşməsinə, həyat tərzinə, qeyri-müntəzəm cinsi əlaqəyə, keçirilmiş iltihabi xəstəliklərə, partnyor sayının çox olmasına bağlı problemdir.

Son.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a məxsusi müsahibəsində Mərkəzi Klinik Xəstəxananın urologiya şöbəsinin müdiri, uroloq Elbəyi Daşdəmirli bildirib.

Həkim deyib: "Vəzin xoşxassəli böyüməsinin səbəbi əslində elmə hələ də tam bəlli deyil. Bəzən yaşlanma, kişilik hormonunda meydana çıxan dəyişikliklər, genetik faktor, keçirilmiş xəstəliklərin buna səbəb ola biləcəyi göstərilir. Bu səbəblər arasında qidalanma alışqanlıqlarını da misal çəkmək olar. Belə ki, qırmızı ət, doymuş yağlar bu problemin yaranmasına təkan verən amillərdəndir.