Rio-de-Janeyroda sürücü avtomobili insanların üzərinə sürüb


Dünya 19 Yan 2018 04:41:50 374 0

Rio-de-Janeyroda sürücü avtomobili insanların üzərinə sürüb

Hadisə nəticəsində azı 15 nəfər yaralanıb

Braziliyanın Rio-de-Janeyro şəhərinin Kopakabana sahil ərazisində sürücü avtomobili piyadaların üzərinə sürüb.

“Report” TASS-a istinadən xəbər verir ki, hadisə nəticəsində azı 15 nəfər yaralanıb.

İlkin məlumata görə, sürücü saxlanılıb və epilepsiyadan əziyyət çəkdiyini bildirib.