Bu tarixdə heç bir canlı QALMAYACAQ


Digərləri 19 Yan 2018 00:15:00 290 0

Bu tarixdə heç bir canlı QALMAYACAQ

ABŞ və Böyük Britaniyadan olan alimlər ABŞ-ın Milli Elmlər Akademiyası üçün birgə hesabatı təqdim ediblər.

Son.az xəbər verir ki, hesabata görə, Yer kürəsində ən yaxın bir neçə yüz ildə həyat insan və canlı orqanizmlərin əksəriyyəti üçün qeyri-mümkün olacaq.

Alimlər iqlim dəyişikliklərinin təhlükəsini və temperaturun kritik yüksəlməsini vurğulayırlar. Onların fikrincə, enerjinin istehlakının nəticəsi olaraq iqlim dəyişiklikləri qaçılmaz olacaq. Alimlərin sözlərinə görə, temperatur artıq 2200-2400-cü illərdə bütün heyvanların sağ qalması üçün yararsız olacaq. Qeyd edilir ki, artıq 2100-cü ildə əhalinin artım tempinin azalması da bu prosesi dayandırmayacaq.

İqlim dəyişiklikləri ilə yanaşı, alimlər bir sıra başqa riskləri göstərirlər. Hesabata görə, bu risklər sivilizasiyanın məhvinə gətirib çıxara bilər. Onların arasında nüvə qışı, pandemiya (yoluxucu xəstəliyin, məsələn, vəba, taun və qripin bütün bir ölkəni, eyni zamanda onunla həmsərhəd ölkələri, bəzən bir çox ölkələri əhatə etməsinə deyilir - red.), müxtəlif kosmik cisimlərlə Yer kürəsinin toqquşması, həmçinin süni intellektin inkişafının gözlənilməz nəticələri kimi risklər var.

Daha əvvəl britaniyalı məşhur fizik Stiven Xokinq xəbərdarlıq edib ki, Yer planetində davam edən qlobal istiləşmə həyatı dözülməz edəcək və ultrayüksək temperatura görə planet cəhənnəmə çevriləcək.

Fizik əmindir ki, istixana qazlarının tullantıları azaldılmasa, Yer kürəsi səthində 460 dərəcə temperatur olan Veneranın taleyini yaşaya bilər. Xokinq vurğulayıb ki, ABŞ prezidenti Donald Tramp Paris İqlim Razılaşmasından çıxmaqla bağlı qərar verməklə planetə ölüm hökmü çıxarıb.