Abşeronda maşın kişini vuraraq 50 metr kənara atıb, piyada ölüb


Sosial 19 Yan 2018 00:03:09 244 0

Abşeronda maşın kişini vuraraq 50 metr kənara atıb, piyada ölüb

Hadisə Bakı-Sumqayıt yolunun Ceyranbatan qəsəbəsində baş verib

Abşeronda piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un yerli bürosunun məlumatına görə, əslən Füzuli rayonundan olan 1980-ci il təvəllüdlü Ocaqverdiyev Mahir Bayram oğlu Bakı-Sumqayıt yolunun Ceyranbatan qəsəbəsi ərazisindən keçən hissəsində yolu keçmək istəyərkən qarşı tərəfdən gələn naməlum avtomobil tərəfindən vurulub.

Sürət həddi o qədər yüksək olub ki, avtomobil Mahir Ocaqverdiyevi vuraraq təxminən 50 metr kənara atıb. Daha sonra naməlum avtomobil hadisə yerindən uzaqlaşıb.

Yaralı dərhal Sumqayıt şəhər TTYX-ya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.