ATƏT Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü barədə bəyanat verib


Siyasət 18 Yan 2018 23:54:00 249 0

ATƏT Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü barədə bəyanat verib

ATƏT yanvarın 18-də Polşanın Krakov şəhərində Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyan arasında keçirilən görüş barədə bəyanat verib.

Son.az Trend-ə istinadən bildirir ki,  bu gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun erməni həmkarı Edvard Nalbandyanla görüşü keçirilib.

ATƏT-in Minsk qrupunun həmsədrləri, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də görüşdə iştirak edib.

Bundan əvvəl isə E.Məmmədyarov Minsk qrupunun həmsədrləri ilə görüş keçirib.

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində

Son.az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin