Azərbaycan və Ermənistan Dağlıq Qarabağ münaqişəsi üzrə müşahidəçilərin səlahiyyətlərinin genişləndirilməsi barədə razılığa gəlib


Siyasət 18 Yan 2018 22:57:44 251 0

Azərbaycan və Ermənistan Dağlıq Qarabağ münaqişəsi üzrə müşahidəçilərin səlahiyyətlərinin genişləndirilməsi barədə razılığa gəlib

Söhbət ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin aparatının imkanlarının genişləndirilməsindən gedir

Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi aparatının imkanlarının genişləndirilməsi barədə prinsipial razılaşma əldə ediblər.

“Report” xəbər verir ki, bu barədə Polşanın Krakov şəhərində Elmar Məmmədyarov və Edvard Nalbandyan arasında görüşün yekununda Ermənistanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüş ATƏT-in Minsk qrupunun həmsədrlərinin təşəbbüsü ilə keçirilib.

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin aparatı (hazırda Anjey Kaspşik) Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində monitorinq aparmaqla məşğuldur.