Pornoulduz Trampla intim münasibətlərindən danışdı


Digərləri 18 Yan 2018 23:35:00 255 0

Pornoulduz Trampla intim münasibətlərindən danışdı

Donald Trampın aralarındakı əlaqə barədə susması üçün pul ödədiyi iddia edilən pornoulduzun 2011-ci ildə dediklərinin təfərrüatları dərc olunub.

Əsl adı Stephanie Clifford olan Stormy Daniels iddia edir ki, o, 2006-cı ildə, Melania Trampın dünyaya övlad gətirməsindən dörd ay sonra onun əri Donald-la intim münasibətdə olub.

Porno aktyorunun dediyinə görə, onlar məşhurların qolf çempionatında tanış olublar.

Daniels-in Trampın seksual qabiliyyəti də daxil, onunla münasibətləri barədə verdiyi açıq-saçıq müsahibə ABŞ jurnallarından birində dərc edilib.

Son.az BBC-yə istinadən bildirir ki, bundan əvvəl yayılmış xəbərlərdə aktrisanın mətbuata məlumat verməmək barədə ödənişli müqaviləni imzaladığı bildirilirdi.

Ötən həftə məlum olmuşdu ki, Trampın vəkili seçkidən az əvvəl bu münasibətlər barədə susması üçün Danielsə 130 min dollar ödəyib.

"Wall Street Journal" qəzeti xəbər verir ki, sövdələşmə barədə razılaşmanı 2016-cı ilin oktyabrında Trump Organisation şirkətinin baş hüquqşünası Michael Cohen əldə edib.

Buna baxmayaraq müsahibənin 2011-ci ildə, yəni susmaq barədə iltizam verilməzdən əvvəl yazıldığı xəbər verilir. İndi bu müsahibənin geniş mətni çərşənbə günü mediada dərc olunub.

Daniels indiyədək 150 porno filmində çəkilib.

Aktrisa "In Touch" jurnalına deyib: "Əslində mən bunu niyə etdiyimi bilmirdim, amma yadımdadır ki, seks vaxtı ona deyirdim ki, mənə pul verməyə çalışmasın".

Daniels Trampla seksi "ortabab" adlandırır.

O iddia edib ki, cənab Trampla 2006-cı ilin iyulunda məşhurların American Century adlı qolf turnirində tanış olub.