Yeni doğulan uşağın bədənində bir stəkan qan olur –


Digərləri 18 Yan 2018 23:25:00 429 0

Yeni doğulan uşağın bədənində bir stəkan qan olur –

Uşaqlar həyatımızdakı ən dəyərli varlıqlardır. Onlar haqqında məlumatlar da çoxdur.

Son.az lent.az-a istinadən uşaqlar haqqında verdiyi bu məlumatlar isə çox maraqlıdır. Bəlkə də bunların çoxunu bilmirsiniz. - Yeni doğulan uşağın bədənində təxminən bir stəkan qan olur.   - Uşaqlar doğulduqlarında sümük sayları 300-dür. Uşaq böyüdükcə sümükləri birləşərək yetkinlik dövründə 206-ya çatır.   - Uşaqlar bir şey istədikdə qışqırar, ya da inildəyirlər, ancaq ağlamazlar. Çünki ilk üç həftə boyu göz yaşı istehsal edə bilmirlər. Göz yaşı kanalları hələ tam olaraq inkişaf etmir. Gözlərini sağlıqlı tutacaq qədər nəm istehsal edirlər. Ancaq bir neçə həftə ərzində göz yaşı axıda bilməzlər.   - Uşaqlar doğularkən diz qapaqları olmur. Diz qapaqları 6 ayadək tamamən inkişaf etmir.   - Daxili qulaq doğuşdan əvvəl tamamilə inkişaf edən tək duyğu orqanıdır. Hamiləliyin ortalarında yetkin insanlardakı kimi ölçüyə çatır.   - İnsan övladları valideynlərinə gülümsəyən tək canlı növüdür.   - Uşaqlar ana bətnində ikən anaların hormonlarını alırlar. Buna görə doğuşdan sonra orqanizmlərində bir az estrogen olur. Qız uşaqlarında bir az süd olur. Bəzən məmə uclarından qan sızar.   - Bir qadın ən çox 69 uşaq dünyaya gətirə bilər. 1725-1765-ci illərdə bir rus kəndli qadın 16 əkiz, 7 üçüz və 4 dördüz uşaq doğub.   - 1978-ci ildə Antraktidada ilk uşaq doğulub - Emilio Marcos Palma.   - Bir uşaqda təxminən 30.000 dad alma cismi var. Bunlar yalnız dilin üzərində deyil, ağzın yanlarında, arxasında və üstündədir.   - Uşaqların təxminən 80 faizi bir növ doğum ləkəsi ilə dünyaya gəlir.   - Bəzi elm adamları başı yelləmənin "xeyr" anlamını qazanmasını yeni doğulanların qarınları doyduğunda başlarını yeməkdən uzağa döndərməsi ilə bağlayırlar.   - Bir uşaq doğuşda anasının qoxusunu və səsini tanıya bilir. Anası ilə digər adamlar arasındakı fərqi görə bilməsi isə bir neçə həftə çəkir.   - Oğlan uşaqları qız uşaqları ilə müqayisədə təxminən 200 qr daha ağır olur.   - Araşdırmalara görə, qeysəriyyə kəsiyi ilə dünyaya gələn uşaqlarda nəfəs alma çətinlikləri daha çox görünür. Bunun səbəbinin normal doğum əsnasında yaşanan önəmli hormonal və fizioloji dəyişikliklərin yaşanmaması olduğu düşünülür.   - Bir uşağın başı bütün bədəninin dörddə biri qədərdir. Bu səviyyə yetkinlik dövründə səkkizdə bir qədər olur.   - Yeni doğulmuş uşağın bir yerdən tutması o qədər güclüdür ki, təkcə barmaqları ilə bütün bədənini havada tuta bilər.   - Aparılan araşdırmalara görə, uşaqlar analarının sinə qoxusuna pozitiv bir şəkildə reaksiya verirlər. Daha da maraqlı məqam odur ki, görmə qabiliyyəti olmayan qadınlar yalnız qoxu yolu ilə öz uşaqlarını digərlərindən ayırd edə bilirlər.   - Yeni doğulan uşaqlar hansısa mənzərələrə baxmaqdansa, üz cizgilərinə baxmağı, hirsli deyil, gülümsəyən üzlərə baxmağı daha üstün tuturlar.   - Perulu 5 yaşlı qız Lina Medina doğan ən gənc insandır. O, 1939-cu ildə bir oğlan uşağı dünyaya gətirib.   - Bir uşağın doğum zamanı ortalama ağırlığı 3,20 - 3,60 kq-dır. Həyatda qalan ən kiçik uşaq 240 qramdır.   - Uşaqlar təbii üzmə istedadları ilə doğulurlar və nəfəslərini tuta bilirlər. Ancaq bu istedad dərhal itir.   - Uşaqlar 4 aylıq olana qədər duzun dadını ala bilmirlər. Bu gecikmənin səbəbi isə böyrəklərin inkişafıdır.