"Allah bilir, mən hansı hisslər keçirirəm"


Şou-biznes 18 Yan 2018 23:07:00 278 0

"Allah bilir, mən hansı hisslər keçirirəm"

Ağdamın işğal altında olmayan ərazilərində keçirilən tədbirlərdən qayıdıb Bakıya gələndə neçə gün özümdə olmuram, ürəyim az qala partlaya.

Son.az oxu.az-a istinadən bildirir ki, bunu əslən qarabağlı olan tanınmış xanəndə, Xalq artisti Aygün Bayramova dilə gətirib.

"Bildiyiniz kimi, mən dünyaya Qarabağımızın dilbər guşələrindən olan Ağdamda göz açmışam, eyni zamanda, məhz Ağdamda doqquz yaşından bu sənətə gəlmişəm. O günlərimi xatırlayanda gözlərim dolur, göz yaşlarıma hakim ola bilmirəm. Çünki ifam orada başlayıb. Oradan başlamışam oxumağa", - deyən A. Bayramovanın sözlərinə görə, indi Ağdam, Qarabağ haqqında keçmiş zamanda danışmaq, ağdamsızlıq, qarabağsızlıq ona çox ağır gəlir:

"O torpaqda böyümüşəm, o torpaqda dünyaya göz açmışam, oranın suyunu içmişəm, havasını udmuşam, çörəyini yemişəm. İndi bu haqda danışmaq mənim üçün çox çətindir. Ağdamda tədbirlər olan vaxt, inanın ki, bir Allah bilir, mən hansı hisslər keçirirəm. Oradan qayıdıb gələndə günlərlə özümdə olmuram. Həm də orada olarkən yalnız bir hiss beynimdən keçir, yəni, bu saat avtomatı əlimə alıb, erməniləri öldürəcəyəm. Bu hissdən başqa, məndə ayrı hiss olmur".

A. Bayramova inanır ki, çox yaxın zamanlarda yenə o torpaqlara qayıdacağıq, torpaqlarımız murdar erməni işğalından azad olunacaq.