Ən soyuq su hazırlandı


Digərləri 18 Yan 2018 22:45:00 259 0

Ən soyuq su hazırlandı

Elmi olaraq suyun donmağa başladığı hərarət 0C dərəcədir. Lakin bu müşahidə edilə bilən ən soyuq suyun istiliyi deyil. Bir neçə akademiyadan bir araya gələn ailimlər, bu günə qədər meydana gələn ən soyuq suyu yaratdılar.

Son.az deyerler.org-a istinadən bildirir ki, suyu buz halına tam olaraq keçməsindən qorumaq çətindir. Qatılaşmadan əvvəl maye olaraq qaldığı son istilik dərəcəsi, fərqli şərtlərə görə dəyişə bilər. Eyni zamanda su, yaşadığımız planeti daha da mənalandıra bilməyimiz üçün olduqca əhəmiyyətli bir kimyəvi komponentdir. Standart şərtlərdə, -35C dərəcədə su maye olaraq qala bilər. Lakin bu göstəriciyə çatanda su, təklik deyilən riyazi olaraq sirrli bir nöqtəyə çatır. Höte Universiteti, Frankfurt Nüvə Fizika İnstitutunun tələbəsi Klaudia Qoy, İsveç, Koreya və Yaponiyadan bir araya gələn qrupla birlikdə söz mövzusu olan təklik şərtlərinin sirrini həll etməyə çalışır.   Təməl olaraq molekullar nə qədər az hərəkət etsələr və ya titrəsələr, istilikləri də həmin nisbətdə düşür. Fiziklər tərəfindən yaradılan bir sistemdə isə, bu hərəkətlilik müşahidə edilir.   Suyun nə qədər sirrli olduğunu anlamaq üçün buz halına keçdiyi anda həcminin artdığını düşünməniz kifayətdir. Heç buzluğa tamamilə dolu bir şəkildə qoyduğunuz şüşənin, genişlənən buzun təzyiq təsirilə şişdiyini ya da partladığını gördünüzmü? Məhz bu, donma nöqtəsinə çatan və bərkiyən digər mayelərdə bir vəziyyətdir.   Təcrübələr əsnasında araşdırma qrupunun istifadə etdiyi texnikalar, suyun yanına bir termometr qoyub istiliyini ölçməkdən çox daha kompleks idi. Sonunda süni mühit və şərtlərdə -45C dərəcədə suyun buzlaşmadan qalmasını təmin etdilər. Bu vəziyyət nəzəri olaraq ən soyuq ya da ən çox soyudulan suyun yaradıldığı mənasını verir. Lakin hələ suyun təkliyi haqqında dəqiq məlumatlara sahib deyilik.