Həmsədrlər fevralın əvvəlində regiona səfər edəcəklər


Siyasət 18 Yan 2018 22:23:00 238 0

Həmsədrlər fevralın əvvəlində regiona səfər edəcəklər

ATƏT Minsk Qrupunun həmsədrləri fevralın əvvəlində regiona səfər edəcəklər.

Bunu Xarici İşlər Naziri Elmar Məmmədyarov Krakov görüşünün nəticələri barədə KİV-in sorğusuna cavabında bildirib.

Nazir qeyd edib ki, müzakirələri davam etdirmək məqsədilə həmsədrlər fevralın əvvəlində regiona səfər edəcəklər: "Ümumi yanaşma ondan ibarətdir ki, münaqişənin həllində irəliləyiş əldə etmək və regionda sülh və sabitliyi təmin etmək üçün daha intensiv, substantiv və məntiqli danışıqlar davam etdirilməlidir".

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində

Son.az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin