Səhlənkarlıq, yoxsa qəsd: bazarda əsas ziyan


Dünya 18 Yan 2018 22:08:00 288 0

Səhlənkarlıq, yoxsa qəsd: bazarda əsas ziyan

Moskvanın "Sadovod" bazarının sahibkarı yanğının azərbaycanlılara vurduğu ziyandan danışıb

Moskvanın "Sadovod" bazarında gecə baş verən yanğın nəticəsində zərərçəkənlərin əksəriyyəti azərbaycanlı sahibkarlardır.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, bu barədə "Sadovod" bazarında işləyən sahibkar Əhməd Cəlilov məlumat verib.

RF Fövqəladə Hallar Nazirliyinin Moskva şəhər Baş İdarəsinin mətbuat xidmətinin məlumatına görə, yanğın yanvarın 17-də axşam saat 21:17-də bazarın Verxniye küçəsində yerləşən 300 kvadratmetr ərazidəki metal pavilyonda başlayıb.

Hadisə yerinə gələn yanğından mühafizə bölmələrinin əməkdaşları təhlükəsizlik məqsədilə qonşuluqdakı obyektlərdən 40 nəfəri təxliyə edib. Yanğın 18 yanvar saat 03:51-də lokallaşdırılıb. Yanğının söndürülməsində 100 yanğınsöndürən və 30 texnika iştirak edib.

Yanğına məruz qalan obyektlərin 70%-i azərbaycanlılara məxsusdur.