Körpə beyni və ana beyni arasında əlaqə kəşf edildi


Digərləri 18 Yan 2018 22:10:00 213 0

Körpə beyni və ana beyni arasında əlaqə kəşf edildi

Yeni bir araşdırma, qadınların uzun zamandır şübhələndikləri bir şeyi təsdiqlədi.

Son.az deyerler.org-a istinadən bildirir ki, Deakin Universitetində bir qrup tədqiqatçı yeni bir araşdırma apararaq, anaların hamiləlik müddətlərindəki unutqanlıq və digər zehni problemlərə şərh verdilər. Hamilə bir fərdin özü ya da yaxın ətrafındakı insanlar tərəfindən fərq edilən bu pozulmaların arxasında, yeni tapıntılar durur. Bəzi qadınlar, hamiləlik dövrlərində ətraflarındakı danışmaları izləməkdə çətinlik çəkir, nizamlı yadda saxlamaq üçün davamlı olaraq qeyd etmək məcburiyyətində olduqlarından, oxuduqlarını anlamaqda çətinlik çəkdiklərindən və hətta iş həyatına geri dönməkdən qorxduqlarından bəhs edirlər. 20 fərqli araşdırmanın nəticələrinin araşdırıldığı bir analiz müddətində 2007-ci ildən bu yana hamilə fərdlər, bu vəziyyətlə əlaqədar edilən analizlə nəzarət altına alındılar. Cəmdi 1230 qadının daxil olduğu araşdırmalarda bu qadınların 709 nəfəri hamilə, 521i isə hamilə olmayan fərdlər idi. Ümumiyyətlə hamilə fərdlərin beyni funksiya çatışmazlığı daha çox yaşadıqları müəyyən edildi.   Hamiləliyin xüsusilə 3 mərhələsində artan beyni məhrumluq dövrü, birinci və ikinci aylıq hamiləlik dövründə beyni fəaliyyət ilə əlaqəli olaraq inkişaf edir. Eyni zamanda son mərhələdə, hamilə qadınların beyinlərindəki boz maddədə azalma yaşanır.   Hamilə qadınların beyinlərindəki bu azalışın təməl səbəbi isə, gün keçdikcə inkişaf edən körpənin inkişaf vəziyyətilə əlaqəlidir. Çünki orada ikinci bir fərd və ikinci bir beyin də var. Ana beynindən körpə beyninə edilən bu qatqı sayəsində körpələr inkişaf edir. Bu səbəblə gənc analar, ictimai və əqli sahələrdə məsul olan beyin bölgələrindən itkilər yaşayırlar. Kompleks işlərdə qabiliyyətlərin azalması, iş keyfiyyətinin düşməsi, unutqanlıq və ictimai əlaqələrdə çətinlik çəkmək kimi vəziyyətlər, anaların uşaqları üçün etdikləri bioloji fədakarlıqdan qaynaqlanır.