Bir ildə Azərbaycanda 500 min tondan çox ət istehsal olunub


Digərləri 18 Yan 2018 22:02:43 259 0

Bir ildə Azərbaycanda 500 min tondan çox ət istehsal olunub

2017-ci ildə Azərbaycanda 540,5 min ton, yaxud əvvəlki ilə nisbətən 3,2 faiz çox diri çəkidə ət istehsal olunub.

Bakı. Elçin Mehdiyev - 2017-ci ildə Azərbaycanda 540,5 min ton, yaxud əvvəlki ilə nisbətən 3,2 faiz çox diri çəkidə ət istehsal olunub. Trend-in məlumatına görə, ötən il ərzində həmçinin 2024,1 min ton (0,7 faiz çox) süd, 1 milyard 714,0 milyon ədəd (6,5 faiz çox) yumurta, 16,0 min ton (3,7 faiz az) yun, 245,2 ton (3,5 dəfə çox) barama istehsal olunub.