"Kəpəz" Türkiyəyə yollanıb


İdman 18 Yan 2018 22:00:00 224 0

"Kəpəz" Türkiyəyə yollanıb

“Kəpəz” çempionatın qış fasiləsi dövründə hazırlığın Bakı hissəsini başa vuraraq Türkiyəyə yollanıb. Goal.az xəbər verir ki. Gəncə klubunun təlim-məşq toplanışının növbəti hissəsi Antalyada olacaq. “Kəpəz” qardaş ölkədə taktiki və texniki çalışmalar üzərində işləyəcək, həmçinin yoxlama oyunları keçirəcək. Türkiyə toplanışı dövründə komandamız Rumıniya (22 yanvar - “Viitorul” Konstanta), Cənubi Koreya (25 yanvar - “Daejeon Citizen”), Polşa (28 yanvar - “Yagelloniya”) və Serbiya (31 yanvar - “Spartak” Subotiça) klubları ilə qarşılaşacaq.

Nizami yurdunun təmsilçisi fevralın 2-də mövsümün ikinci hissəsinə hazırlığın əsas mərhələsini başa vuraraq vətənə dönəcək.