Braziliya mətbuatında 20 Yanvar faciəsi ilə bağlı məqalə çıxıb


Siyasət 18 Yan 2018 21:36:00 259 0

Braziliya mətbuatında 20 Yanvar faciəsi ilə bağlı məqalə çıxıb

"Qanlı - 20 Yanvar" hadisələri ilə bağlı, Azərbaycanın Braziliyadakı səfiri Elxan Poluxovun, Braziliyanın aparıcı qəzetlərindən biri olan, "Correio Braziliense" və "EmbassyBrasilia" elektron jurnalında məqaləsi dərc edilib.

Son.az Trend-ə istinadən bildirir ki,  "Azerbaijao: 28 anos se passaram desde o Janeiro Negro" (Azərbaycan: Qara Yanvardan 28 il ötür) adlı məqalədə Azərbaycan xalqının 90-cı illərdə müstəqillik uğrunda apardığı mübarizə və Sovet ordusu tərəfindən xalqa qarşı törədilmiş vəhşiliklər haqqında ətraflı məlumat verilib.

Azərbaycan tarixinə Qara Yanvar kimi yazılan bu tarixi hadisəyə birinci siyasi qiymət verən Ulu Öndər Heydər Əliyev olub.

Məqalədə qeyd olunub ki, məhz Heydər Əliyevin siyasi qiymətləndirilməsi bu hadisənin beynəlxalq ictimaiyyət arasında tanınmasına təkan verib.

Həmçinin, məqalədə iyirmi yanvar günü, milyonlarla Azərbaycan vətəndaşının Şəhidlər Xiyabanını ziyarət etdiklərini və müstəqillik uğrunda canını vermiş insanları yad etdikləri bildirilib.

Məqalənin sonunda səfir Elxan Poluxov Azərbaycanla-Braziliya arasında uğurlu münasibətlərdən bəhs edərək, ölkələr arasında əlaqələrin inkişafı üçün böyük potensialın olduğunu qeyd edib.

"Correio Braziliense" qəzeti və "EmbassyBrasilia" elektron jurnalı Braziliya paytaxtında dərc edilən ən iri, gündəlik kütləvi informasiya vasitələrindəndirlər və geniş oxuyucu kütləsinə malikdirlər.

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində

Son.az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin