Şəhidlərin əşyaları muzeydə nümayiş olunur VİDEO


Digərləri 18 Yan 2018 21:17:00 282 0

Şəhidlərin əşyaları muzeydə nümayiş olunur  VİDEO

İllərdir ki, istiqlal muzeyində 20 yanvar şəhidlərinin şəxsi əşyaları saxlanılır. Sərgiyə yeni daxil olmuş eksponatlar da var. Özü də bu əşyaları muzeyə şəhid yaxınları özləri təqdim ediblər.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, cib saatı və 11 illik Atestat. Bu əşyalar 18 yaşında vətən uğrunda şəhid olan Ağabəy Novruzbəyliyə aiddir. Azərbaycan Sənaye Universitetinin kimya-texnologiya fakültəsində oxuyan Ağabəyin, gənc olmasına bağmayaraq ürəyi azadlıq deyə döyünürdü. Onun İstiqlal Muzeyində saxlanılan ən dəyərli yadigarı isə əlyazmasıdır. "Bağışlayın Əizlərim Azərbaycanın azadlığı uğrunda mübarizə aparmağa gücüm çatmadı".

İstiqlal muzeyinə yeni gətirilən bu daraq və ətir qabı isə şəhid Şahin Məmmədova məxsusdur. Ailəsi tərəfindən muzeyə təqdim olunan əşyalar arasında qəzetlərdə onun haqqında dərc olunan məqalələr də var.

28 ildir yaşlı gözlə 4 uşaq böyüdən bu qadın isə şəhid Salman Baxşıyevin həyat yoldaşıdır.

Rejissorluq fakultəsini bitirən Azər Ələkbərovun isə fotoqraflığa uşaqlıdan həvəsi olub. Məhz bu səbəbdəndir ki, muzeydə onun fotoaparatı saxlanılır. Ailənin yeganə oğlu olan Azər şəhid olakən 23 yaşında idi.


Xəbərə aid video