"Arsenal"ın baş məşqçisi hörmətsizlikdə ittiham olundu


İdman 18 Yan 2018 21:12:00 300 0

"Arsenal"ın baş məşqçisi hörmətsizlikdə ittiham olundu

"Borussia Dortmund"un idman direktoru Mixael Zork "Arsenal"ın baş məşqçisinin Obameyanqla danışmasından narazı qalıb. Goal.az xəbər verir ki, almaniyalı funksioner bunları deyib:

"Biz hesab edirik ki, başqa komandanın futbolçusunu müzakirə etmək hörmətsizlikdir. "Arsenal"la danışıqlar aparmırıq. Güman edirik ki, öz futbolçularının performansı haqqında Arsen Venqer kifayət qədər düşünməlidir".

Son mətbuat konfransında Venqer Obameyanqla barədə sualı: "Fikrimcə, kollektivə uyğun gəlir. Onun xarakteri müsbət tərəf ola bilər" - deyə cavablandırmışdı. Fransız mütəxəsis belə xəbərləri rəsmiləşənə qədər gizli saxlamağa tərəfdar olduğunu da qeyd etmişdi.