İsrail əsgərini şillələyən qız məhkəməyədək həbsdə qalacaq


Digərləri 18 Yan 2018 21:05:00 264 0

İsrail əsgərini şillələyən qız məhkəməyədək həbsdə qalacaq

Fələstinlilər onu müasir Janna Dark adlandırır. İsraillilər üçün isə o Pallywood - Fələstin Hollywood-unun və ya səhnələşdirilmiş Fələstin təbliğatının ulduzudur.

16 yaşlı Ahed Tamimi hazırda ən məşhur fələstinli dustaqdır. O, ötən dekabrda İsrail tərəfindən əsgərə qarşı təhqir və şiddət əsasında həbs olunub.

Çərşənbə günü hakim onun İsrail hərbi məhkəməsində baş tutacaq prosesə qədər həbsdə qalması qərarını verib.

Son.az BBC-yə istinadən bildirir ki, fələstnli qız İsrail əsgərinin "şillələnməsi videosundan" sonra həbs olunub

Ona qarşı ən əsas dəlil, dekabrın 15-i lentə alınan videodur ki, geniş yayılıb və əsas media tərəfindən dəfələrlə təqdim olunub və müzakirəyə çıxarılıb.

Videoda Ahed, işğalda olan Nəbi Saleh kəndinin Qərb Sahilində yerləşən atası evinin qarşısında iki israilli əsgəri hədələyir və onlara "rədd olun" deyir.

O, əsgərləri itələyir və əsgərlərdən biri onu uzaqlaşdırır. Bunun ardından Ahed özündən böyük əmisi qızı Nur ilə birgə onlara şillə-təpik atmağa başlayır. İsrailli əsgərlər buna reaksiya vermirlər və Ahedin anası Nəriman müdaxilə edir.

İnsident Nəriman Tamiminin Facebook hesabında canlı şəkildə lentə alınırmış.

Bir neçə gün sonra, Ahed, İsrail qüvvələri tərəfindən lentə alınan gecə reydində həbs olunub. Qızının aqibəti ilə maraqlanan ana da polis bölməsində saxlanılıb.

"Bu, çox vacib bir məhkəmə işinə çevrilib," Ahedin vəkili Gabi Lasky deyir.

"İsrail-Fələstin konflikti haqqında bildikləri və ya hiss etdiklərini bütün gücləri ilə çatdırmağa çalışan o qədər insan var ki. Bunu məhkəmə otağında hiss edirsən."

"Uzun zaman idi ki, israillilər işğala baş qoşmur, onun haqqında danışmırdılar," o, davam edir.

"İşğal altında olan insanların buna qarşı mübarizə aparmaq haqqı varmı? Hə ya yox və bunun ən yaxşı yolu hanısıdır?"

"Təxribat xarakterli taktikalar"

Bir çox fələstinlilər üçün Ahed, rəqəmsal dünya fonunda milliyyətçi mübarizənin qəhrəmanıdır. Onlar Ahedi İsrail işğalı reallığına qarşı çıxan və silahsız əlləri ilə evini qorumağa çalışan şəxs qismində görürlər.

Bu şəkildə İsrail əsgərlərinə qarşı çıxan Ahed Tamiminin 11 yaşlı var

Deyilənlərə görə Ahedin bu hərəkətinə səbəb, 15 yaşlı qohumunun üzünə dəyən rezin güllədən ciddi yaralanması olub.

İsrail mediası isə əsgərlərin təmkin və ya qorxaqlıq nümayiş etdirdiyini müzakirəyə çıxarıb. İsrail Müdafiə Qüvvələri (İMQ) bildirib ki, hər iki əsgər, Nəbi Salehdə orduya və İsrail sürücülərinə daş atan fələstinlilərlə məşğul olmaq üçün göndərilən hərbçilərə daxildir.

ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanımasından sonra, genişmiqyaslı iğtişaşlar baş qaldırıb.

Bu, Ahedin gərgin müzakirələr səbəb olan ilk videosu deyil. İsraillilər iddia edirlər ki, bu yolla onun ailəsi əsgərləri əsəbləşdirərək anti-İsrail təbliğatı aparmağa çalışır. İsrail yönlü fəallar bu cür videoları "Pallywood" adlandırırlar.

Ahed 11 yaşında böyük qardaşının həbsinə görə bir əsgəri yumruğu ilə hədələmişdi. İki il əvvəl isə o, kiçik qardaşını tutmağa çalışan əsgəri dişləmişdi.

Tənqidçilərə görə, Tamimilər media üçün bilərəkdən təbliğat aparırlar

"İndi həbsdədir və yəqin ki, etdiklərinin haqqını ödəməli olacaq və bu ona çox baha başa gələcək," baş nazir Benjamin Netanahunun Likud partiyasının üzvü millət vəkili Anat Berko deyir.

"Çox təəssüf ki, ailəsi də belə davranışın qarşısını almayıb."

"Hərəkət təbliğat xarakteri daşıyıb və bizim cəsur əsgərlərimiz Tamimi qızının bu davranışına qarşı reaksiya verməyiblər."

Yeni nəsil